Modern.az

Baki-Aktau təyyarə reysi təxirə salınıb

Baki-Aktau təyyarə reysi təxirə salınıb

27 Yanvar 2016, 13:09

Baki-Aktau təyyarə reysi təxirə salınıb. Modern.az xəbər verir ki, bu gün saat 21:00-da yola salınacaq təyyarıə reysinin təxirə salınması barədə Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) veb-səhifəsində qeyd edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a açıqlamasında təyyarə reysinin təxirə salınmasının hava şəraiti ilə əlaqədar olmadığını bildirib.

“Sadəcə az sərnişin olduğu üçün belə addım artılıb. Əvvəlcədən bilet almış şəxslərə isə bu haqda məlumat verilib və onlara alternativ variant təklif edilib”.

P.Kəsəməsnki ölkədə şaxtalı və qarlı hava şəraitinin olmasına baxmayaraq hava limanı normal rejimdə işini davam etdirdiyini vurğulayıb.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir