Modern.az

Azərbaycanda daha iki bank bağlandı

Azərbaycanda daha iki bank bağlandı

İqtisadiyyat

27 Yanvar 2016, 17:03


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə daha iki bank bağlanıb.

Modern.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 27.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, manatın 21 dekabr 2016-cı il tarixli devalvasiyasından sonra Azərbaycanda 6 bank bağlanıb. Bundan öncə “Yunayted Kredit Bank”, “NBCBank”, “Gəncəbank” və “Bank of Azerbaijan”nın lisenziyası ləğv edilib.

"AGBank" və "DəmirBank" isə birləşdiklərini bəyan ediblər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama