İsveçin daxili işlər naziri Anders İqeman qaçqın statusu almaq üçün ölkəyə gələn və rədd cavabı alan 80 min miqrantı deporatsiya edəcəyini açıqlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, deportasiya üçün çarter reyslərindən istifadə olunacaq və əməliyyat ümumlikdə, bir neçə il vaxt aparacaq.
“Söhbər 60 min insandan gedir, amma onların sayı 80 min də ola bilər”.
2015-ci ildə 163 min insan İsveçdən sığınacaq istəyib.
Vüqar İsmayılov