Modern.az

Qalmaqallı qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq

Qalmaqallı qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq

Təhsil

28 Yanvar 2016, 17:32

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi nəhayət, bu il parlamentin plenar iclaslarının birində müzakirəyə çıxarılacaq".

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

“Bu sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, ictimaiyyətin narazılğına səbəb olan məsələ də oradan çıxarılıb. Yəni müxtəlif qurumlarla da bu sənədi razılaşdırmışıq.

Onu artıq bu il parlamentin plenar iclasına çıxarmalıyıq, onu gecikdirmək olmaz. İnsanlar bu qanunun qəbulunu gözləyir".  

Deputat Məlahət İbrahimqızı isə reproduktiv sağlamlığın cəmiyyətdə düzgün izah edilməməsindən narazılığını ifadə edib:

"Bu, əslində ana sağlamlığı deməkdir, Ana, uşaq ölümlərinin qarşısının alınması, ultrasəs müayinədəın sonra qız uşaqların yox edilməsinin qabağının alınması deməkdir.

Ona görə də bu sənədin düzgün izahatı lazımdır. Bu, çox lazımlı bir sənəddir və biz onu müvafiq qurumların təkrar ekspertizasından, rəyindən sonra plenar iclasın müzakirəsinə çıxarmalıyıq".  

Ağa Akifoğlu

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir