Modern.az

Qadın əri tərəfindən bıçaqlanıb

  Qadın əri tərəfindən bıçaqlanıb

Təhsil

28 Yanvar 2016, 23:35

 

Şəmkirdə bıçaqlanma olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tosanlı kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Elşanə İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir.  

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı 1977-ci il təvəllüdlü Ramin Əkbərov tərəfindən bıçaqlanıb.  

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir