Modern.az

“Qartal” zirvədə qalıb

“Qartal” zirvədə qalıb

29 Yanvar 2016, 11:24

- Koldun, Koldun... Mən Qartalam. Yüksəklik əlimizdədir”.

10 dəqiqə sonra...

-Koldun-Koldun... Mən Qartalam. Biz yenidən düşmənin hücumuna məruz qaldıq.

Gənc leytenantın son sözləri... 

Günlərdən yanvarın 29-u, yaş 29...

Qarabağ müharibəsinin qızğın vaxtlarlarında, Ağdərənin Marquşavan qəsəbəsinin Gödəkburun yüksəkliyində gedən döyüşün iştirakçıları arasında, o da  vardı. Qartal təxəllüslü qəhrəman-Aydın Manerov.

1994-cü ilin 29 yanvarında baş verən bu hücum gənc hərbiçi üçün həlledici oldu. Yanvarda doğulduğu kimi, yanvarda da dünyasını dəyişdi.

Bir də yanvar onun üçün, ömür gün yoldaşı Gülarə xanımla ailə qurduğu ay idi...

Aydın Manerov 1965-ci ildə Bakıda dünyaya göz açıb. Doğulduğu   tarixdən 25 il sonra, 1990-cı il, yanvarın 20-sində Sovet qoşunları Bakıda qırğınlar törədir. Elə o gün Azərbaycanın fəxri neftçisi Aydın, hərbiçi olmaq qərarına gəlir. 1 il sonra istəyinə çatır. Ailəsindən xəbərsiz yenicə yaradılan özünümüdafiə  batalyonlarından birinə yazılaraq neftçidən döyüşçüyə  çevrilir. İlk gündən də cəbhə yoldaşlarından seçilir.

Aydın Manerov anadangəlmə ürək qüsurlu doğulub. Amma həyatı üçün hər an təhlükə mənbəyi olan xəstəliyi onu, qarşısına qoyduğu məqsəddən yayındırmayıb. Ağdərə, Laçın, Füzuli, Ağdam, Tərtər uğrunda gedən döyüşlərdə qəhərəmanlıq göstərib. Laçında gedən döyüş zamanı ağır yaralansa da yenidən cəbhəyə yollanıb. Artıq siravi hərbiçi yox taqım komandiri kimi...

Bu gün, ölümü ilə ölümsüzlüyə qovuşan, Azərbaycan bayrağı ordenli qəhrəman- Aydın Manerovun şəhidlik zirvəsinə yüksəlməsinin 22-ci ilidir. Yaşasaydı, artıq yarım əsri geridə buraxacaqdı.

Amma...

Son nəfəsini müdafiəsinə qalxdığı  torpaqda verdi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU