Ukrayna Azərbaycana tranzit rüsumunun 50% azaldılması ilə bağlı müraciət edib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna Dəmir Yolları ASC-nin kommersiya işlər üzrə departamentinin rəis müavini İvan Xoryakov bu barədə danışıb.
O bildirib ki, Ukrayna, mallarını Odessa limanından Gürcüstan, Azərbaycan və Qazaxıstan vasitəsilə Çinə çatdıracaq ticarət yolunun daha da sərfəli olması üçün bunu edib.
“Bu ölkələrdə Ukrayna mallarının tranziti üçün tətbiq edilən rüsumlar azaıldılmalıdır. Həm dəmiryolu, həm də gəmi daşımaları zamanı vergi güzəştlərinə ümid edirik. Ukrayna Dəmir Yolları Gürcüstan və Azərbaycandakı analoji qurumlara müraciət edərək vaqon tranziti üçün alınan rüsumun 50% azaldılmasını xahiş edib”.
Vüqar İsmayılov