Modern.az

Türkiyədə üç əcnəbinin başı kəsilib

 Türkiyədə üç əcnəbinin başı kəsilib

Dünya

29 Yanvar 2016, 23:54

 

Türkiyənin Şirnak vilayətinin Cizrə şəhərində üç əcnəbi qətlə yetirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Aziziye məhəlləsində qeydə alınıb. Belə ki, mənzillərin birinə daxil olan polis əməkdaşları boğazı kəsilən Ema Şaripova, bacısı Elnaz və nəvəsi Sahibin cəsədlərini aşkar ediblər.

Cinayətin təxminən üç gün əvvəl törədildiyi bildirilir. Hər üç şəxsin Gürcüstan vətəndaşı olduğu ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi başlanılıb və qətli törədənlərin axtarışı davam etdirilir.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu