Modern.az

Tanınmış jurnalist AzTV-yə qayıtdı

Tanınmış jurnalist AzTV-yə qayıtdı

Media

30 Yanvar 2016, 09:30


Modern.az
saytının məlumatına görə, tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb. O, bundan əvvəl də AzTV-də çalışıb.

V.Əkbər 1993-1998-ci illərdə "Press-Fakt" qəzetində məsul katib, məsul redaktor vəzifələrində fəaliyyət göstərib. 1998-2001-ci illərdə "Rezonans" qəzetinə rəhbərlik edib. 2001-ci ildə "Həftə-içi" qəzetinin rəhbərliyində təmsil olunub. 2003-2008-ci illərdə "Lider" televiziyasının İçtimai-Siyasi proqramlar və Xəbərlər departamentinin rəisi işləyib.
2008- 2012 - ci illərdə Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Proqramları Studiyası direktorunun müavini vəzifəsində çalışıb.
2013-cü ildə “Tezxeber.az” saytını yaradıb.
2014-cü ilin fevralından Tovuzun “Türkel” telekanalında direktor müavini, daha sonra Region TV-də xəbər direktoru işləyib.
Bu həftədən isə Vəli Əkbər yenidən Az TV-nin İnformasiya studiyasının direktor müavini səlahiyyətlərini yerinə yetirməyə başlayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi