Modern.az

Tanınmış hüquqşünas: “Bakıdakı bağçalara uşaq qəbulu üçün 500 manat istəyirlər”

Tanınmış hüquqşünas: “Bakıdakı bağçalara uşaq qəbulu üçün 500 manat istəyirlər”

Təhsil

30 Yanvar 2016, 11:07

Tanınmış hüquqşünas Aslan İsmayılov Bakıdakı uşaq bağçalrındakı rüşvət faktlarından danışıb. Modern.az saytının xəbərinə görə, A.İsmayılov bu faktla şəxsən qarşılaşdığını qeyd edib:

“Bu günə qədər elə bilirdim ki, yoxsulların bütün problemlərini bilirəm. Bu gün başa düşdüm ki, sən demə heç mən də kasıb insanların vəziyyətini sona qədər bilmirmişəm. Bir nəfər imkansız adam məndən xahiş etdi ki, özünə iş tapıb, ancaq azyaşlı övladını uşaq bağçasına düzəldə bilmir ki, işə çıxsın. Söz verdim ki, kömək edəcəm və görmədiklərimlə, təsəvvür edə bilmədiklərimlə rastlaşdım. Sən demə, pulsuz dövlət uşaq bağçaları bildiyim yerə bir uşağı qəbul etdirmək üçün Azərbaycan sektoruna ən azı 500, rus sektoruna isə 700 manat rüşvət verilməlidir. Bunu Bakı Şəhər İcra Hakimiyyətindən tələb edirlər. Bundan başqa, hər ay bağça müdirəsinə 50 manat, 2 müəlimin hər birinə ayda 20 manat və süpürgə, yastıq, isti odeyal və nələr-nələrin pulu da lazımdır. İndi mən həmişə yazığım gəldiyi, ziyalı hesab etdiyim, hər dəfə "mən kiməm" sözlərinə inandığım Bakı meri Hacıbala Abutalıbova nifrətin səbəbini bildim”.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza