Azərbaycan məhkəməsi “Yehova şahidləri” dini sektasının üzvləri kimi qanunsuz dini təbliğatla məşğul olan İrina Zaxarçenko və Validə Cəbrayılovanı azad edib.
Modern.az saytı xəbər verir ki, “Yehova şahidləri”nin yaydığı məlumata görə, hakim Əkrəm Qəhrəmanov onları 7 min manat cərimələyib. Qadınların küçədə insanlara dini broşür payladığı zaman polislər tərəfindən tutulduğu bildirilir.
Məhkəmə Zaxarçenko və Cəbrayılovanın 2015-ci il 17 fevral tarixindən istintaq təcridxanasında 11 ay saxlanıldığını nəzərə alaraq cəriməni ləğv edib.
“Yehova şahidləri” sektası Azərbaycanın BMT və beynəlxalq konvensiyalar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq İrina Zaxarçenko və Validə Cəbrayılovaya 11 ay həbsdə saxlandıqları üçün kompensasiya ödənməsi məqsdəilə hüquqi fəaliyyətə başlayacağını elan edib.
Vüqar İsmayılov