"Yanvarın 29-da Dövlət Gömrük Komitəsinin “2015-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirdiyi mətbuat konfransında komitə sədri, gömrük xidməti general-leytenantıAydın Əliyevin təmsilçilik, broker və ya səlahiyyətli iqtisadi operatorlarla bağlı açıqlaması bəzi kütləvi informasiya vasitələrində yanlış şərh olunub".
Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi bildirib. Qeyd edilib k, broker, təmsilçilik və ya səlahiyyətli iqtisadi operator institutlarının fəaliyyəti xidmət yönümlüdür və institutlar Gömrük Məcəlləsində mövcuddur.
“Hazırda gömrük sahəsində beynəlxalq statuslu təşkilatlar da bu institutların fəaliyyətini məqbul sayır və inkişaf etdirilməsi ilə bağlı proqramlar həyata keçirir. Bu sahədə ölkəmizdə fəaliyyət göstərən bəzi işbazların yanlış hərəkətləri bu inistutların fəaliyyətinə kölgə salır, ümumilikdə broker və ya səlahiyyətli iqtisadi operator institutlarının ləğvi beynəlxalq gömrük qurumları tərəfindən başa düşülməyə bilər. Bir daha qeyd edirik ki, gömrük brokerlərinin vəzifəsi sahibkarlara gömrük rəsmiləşdirməsi ilə bağlı xidmət göstərməkdən ibarətdir”,deyə Dövlət Gömrük Komitəsi bəyan edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin təmsilçilik, broker və ya səlahiyyətli iqtisadi operatorlarla bağlı açıqlamasını aşağıdakı videoda izləyə bilərsiniz.
Modern.az