Modern.az

Daha bir balıqçı gəmisi batıb

  Daha bir balıqçı gəmisi batıb

31 Yanvar 2016, 00:15

 

Misirə məxsus balıqçı gəmisi Qırmızı dənizdə batıb. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, hadisə dənizin Sudan sahillərində baş verib.

"Zeynat al-Bəhreyn" adlı gəminin qəzaya uğramasına səbəb kimi güclü külək və yüksək dalğalar göstərilir.   Küləyin gəmini silkələməsi nəticəsində onun lövbər zənciri qırılıb. Gəminin iki nəfər xilas olunsa da, 20 nəfərin itkin düşdüyü bildirilir.  

2 nəfəri Sudanın sahil mühafizə xidməti xilas edib.

Məlumata görə, dənizçilər on gün əvvəl balıq ovuna çıxıblar. Gəmidə bir neçə gün sonra nasazlıq aşkar edilib. Kapitanlar gəminin lövbərini dənizə atıblar. Küləyin gəmini silkələməsi nəticəsində onun lövbər zənciri qırılıb.  

Son vaxtlar Aralıq və Qırmızı dənizlərdə gəmi qəzalarının sayı artıb. Bir neçə ay əvvəl Qırmızı dənizin Yəmən sahillərində qanunsuz miqrantlarla dolu iki gəmi batmışdı. Həmin vaxt azı 80 nəfərin öldüyünü bildirilidi. Qəzaya dənizdəki fırtına səbəb olub. Ölənlərin əksəriyyəti Efiopiya vətəndaşı olub.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu