Suriya paytaxtında silsilə terror aktları törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dəməşqdə törədilən üç ardıcıl partlayış nəticəsində 59 nəfər həlak olub. Terror aktları nəticəsində 128 nəfər yaralanıb.
Qeyd edək ki, terrorçuların avtomobilə yerləşdirdikləri bombanı uzaq məsafədən işə salması faciə ilə sonuclanıb. Belə ki, ilk öncə yaxınlıqdan keçən marşrut avtobusunda terrorçu-kamikadze özünü partladıb. Bir neçə saniyə sonra daha bir kamikadze bədəninə bağladığı partlayıcını işə salıb.
Modern.az