Modern.az

Türkiyə vətəndaşı Vyetnamda "donuz qripi"ndən öldü

  Türkiyə vətəndaşı Vyetnamda "donuz qripi"ndən öldü

31 Yanvar 2016, 21:15

 

Türkiyə vətəndaşı Mehmet Açımık Vyetnamda "donuz qripi" virusundan dünyasını dəyişib. Modern.az saytı "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Mehmet Açımık bu virusa Vyetnama iş səfəri ilə bağlı gedərkən yoluxub.

Qeyd edək ki, ilin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib. İndiyədək "donuz qripi" Giresun və Diyarbakır vilayətlərində aşkar edilib.  

Bu dövrdə Türkiyə xəstəxanalarına "donuz qripi" şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib.  

2016-cı ildən isə 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu