Modern.az

İcra başçısı sahibkarları rayonda iş qurmağa çağırdı

İcra başçısı sahibkarları rayonda iş qurmağa çağırdı

İqtisadiyyat

1 Fevral 2016, 11:32


Prezident İlham Əliyev “Regionları sosial-iqtisadi inkişafı dövlət proqramı”na (2014-2018-ci illər) həsr olunmuş konfransda respublikada sahibkarlığın inkişafı, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması, yerli istehsalın artırılması barədə tapşırıqlarına uyğunq olaraq cəbhə bölgəsində yerləşən Füzuli rayonunda müvafiq addımlar atılır.  

Füzuli rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, bölgədə sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur. Əksinə onların Füzuliyə gəlmələri, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alə Alıyev sahibkarları aqrar rayon olan Füzulidə iş qurmağa səsləyib.
“Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, şəkər çuğunduru, pambıqlıçılıq, bostan məhsulları və digər sahələrdə yerli istehsalın artılması, sahibkarlıq fəaliyyəti üçün əlverilşi şərait var. Rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda onlarla şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Strateji məhsul olan taxılçılığın inkişafına ayrılan xüsusi diqqətin nəticəsidir ki, artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır və taxıl istehsalçılarımız bu il 111,2 min tondan çox taxıl istehsal ediblər. Bütün bunlar isə rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yaradılan şəraitin, dövlət tərəfindən onlara ayrılan subsidiyaların ədalətli, şəffaf verilməsi nəticəsində mümkün olub”,-deyə İcra Hakimiyyətindən bildirilib.

Füzuli rayon İcra Hakimiyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları rayonda fəaliyyət göstərməyə, yerli istehsal müəssisələri yaradaraq sahibkarlıq fəaliyyətlərini genişləndirməyə, füzulinin yenidən qurulmasında fəal iştirak etməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama