Modern.az

Sərkisyan “Putin ittifaqı”nda yeni vəzifənin icrasına başladı

Sərkisyan “Putin ittifaqı”nda yeni vəzifənin icrasına başladı

1 Fevral 2016, 12:54


Ermənistanın keçmiş baş naziri, ölkənin ABŞ-dakı sabiq səfiri Tiqran Sərkisyan Avrasiya İqtisadi Birliyində yeni vəzifəyə başlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tiqran Sərkisyan bundan sonra Avrasiya İttifaqının icraçı orqanı olan Avrasiya İqtisadi Komissiyasının sədri vəzifəsini icra edəcək.  

Bundan başqa komissiyanın tərkibi də dəyişib. Əgər daha əvvəl hər dövlət kollegiya iclaslarına 3 naziri nümayəndə kimi göndərirdisə, bundan sonra  bu 2 olacaq.

Komissiyalara yeni nazir vəzifələri də daxil edilib: Daxili bazarlar üzrə nazir, informasiya-rabitə texnologiyaları naziri.  

Qeyd edək ki, 2015-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayan Avrasiya İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

Tiqran Sərkisyan

Aqşin Kərimov  

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu