Bu gün Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçirilir. Modern.az saytı xəbər verir ki, 16 məsələnin gündəliyə çıxarıldığı iclasda bir sıra məqamlar diqqət çəkib.
Milli Məclisin ötən ay keçirlən növbədənkənar iclasından fəqli olaraq bu dəfə köhnə deputatlarla yanaşı, yenilər də çıxış ediblər. Əflatun Amaşov, Rəşad Mahmudov, Elman Nəsirov, Hikmət Babaoğlu, Tahir Kərimli müxtəlif məsələlərin müzakirəsi zamanı söz alaraq, münasibət bildiriblər.
Qeyd edək ki, Modern.az saytının bundan öncə “Növbədənkənar iclas: Daşdan səs çıxdı, yeni deputatlardan yox…” başlıqlı yazısında 2015-ci 1 noyabr seçkiləri nəticəsində ilk dəfə deputat mandatı qazanmış deputatlar sərt tənqid edilmişdi. Ötən iclasda ölkə əhalisinin narahatlığına səbəb olan taleyüklü məsələlərin müzakirəsi ətrafında çıxış etmək istəməyən deputatların passivliyi diqqətlərdən yayınmamışdı.
Yeni deputatlar artıq tənqiddən nəticə çıxarıblar...
Xatırladaq ki, 2015-ci 1 noyabr seçkiləri nəticəsində 27 nəfər ilk dəfə deputat seçilib. Milli Məclisin yeni deputatlarından 19-u hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir.
Modern.az