“Heritage Foundation” fondu 2015-ci il üzrə “İqtisadi Azadlıq İndeksi” hesabatını dərc edib.
Modern.az fondun rəsmi saytına istinadən xəbər verir ki, 178 ölkənin yer aldığı reytinq əmək və investisiya azadlığını, korrupsiya səviyyəsini, qanunların aliliyini, özəl və dövlət sektoru arasındakı münasibətlərin səviyyəsini və s. nəzərə alır.
“Heritage Foundation” Azərbaycana 100 mümkün xaldan 60,2 xal verərək ən azad iqtisadiyyatı olan 91-ci ölkə sayıb.
Bu göstərici ilə Azərbaycan nisbi azad ölkələrdən biri sayılıb. Gürcüstan 72,6 xalla 23-cü, Ermənistan 67 xalla 54-cü, Türkiyə 62,1 xalla 79-cu, Rusiya 50,6 xalla 153-cü, İran isə 43,5 xalla 171-ci pillədə qərarlaşıb.
Ən azad iqtisadiyyatı olan ölkələr Honq Konq (88,6 xal), Sinqapur (87,8 xal), Yeni Zelandiya (81,6 xal), İsveçrə (81 xal) və Avstraliya (80,3 xal) olub.
İqtisadi azadlıqların mövcud olmadığı autsayder ölkələr isə Əfqanıstan, İraq, Liviya, Lixtinşteyn, Somali, Sudan, Suriya və Yəmən seçilib.
Vüqar İsmayılov