Modern.az

ABŞ Ermənistanla sərhədinin möhkəmləndirilməsinə 10 milyon dollar ayırıb

 ABŞ Ermənistanla sərhədinin möhkəmləndirilməsinə 10 milyon dollar ayırıb

Dünya

1 Fevral 2016, 20:38

 

ABŞ Gürcüstanın Ermənistanla sərhədinin möhkəmləndirilməsi üçün Tiflisə 10 milyon dollar ayırıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, müvafiq saziş Tiflisdə Gürcüstan Sərhəd Polisi ilə ABŞ-ın hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.  

Anlaşma əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparan videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur. İlk növbədə “Qasımlı” və “Keda” sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu