Modern.az

“Bizim baş bankdan başqa dünyanın heç bir ölkəsində...” - İqtisadçı

  “Bizim baş bankdan başqa dünyanın heç bir ölkəsində...” - İqtisadçı

İqtisadiyyat

1 Fevral 2016, 21:41

 

“İllik büdcəsi cəmi 1.3 milyard dollar olan Qırğızıstan bu gün məbləği 40 min dollaradək ipoteka kreditləri götürənlərə kompensasiya verilməsi haqda qərar qəbul edib. İpoteka sahibləri indiki deyil, 2015-ci ilin iyununa olan məzənnə ilə ödənişləri edəcəklər”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, bu Qırğızıstan üçün o qədər də kiçik rəqəm deyil: “Qeyd edim ki, hal-hazırda 1 dollar 75 somdur və ötən ilin yayında kurs 62 som idi. Məzənnə fərqi böyük olmasa da, kasıb ölkə olan Qırğızıstan üçün bu heç də kiçik məbləğ deyildir. Maraqlıdır ki, son bir ildə 8 milyard dollara yaxın dolları xərcləyən və mövcud rezervlərinin həcmi Qırğıstanın büdcəsindən 4 dəfə çox olan Azərbaycan Mərkəzi Bank “maliyyə intizamının pozulacağı” şüari ilə kredit götürənlər üçün yaranan əlavə 3.8 milyard manat xərci hələ də kompensasiya etməkdə yubanır. Belə görünür, bizim baş bankdan başqa dünyanın heç bir ölkəsində “maliyyə intizami” haqda düşünmürlər. Amma əsas ritorik sual yenə də açıq qalır: maliyyə intizamı devalvasiya nəticəsində kredit götürənlər üçün əlavə xərc yaradanda pozulur, yoxsa onlara kompensasiya ödədikdə?". 


Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama