Kabildə törədilən terror aktı nəticəsində 20 nəfər həyatını itirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan daxili işlər nazirliyinin rəsmisi bildirib.
Son hesablamalara əsasən, Əfqanıstan parlamenti qarşısında törədilən partlayış zamanı 20 nəfər ölüb, 29 nəfər yaralanıb.
Bundan əvvəl 10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.
Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, “Taliban” silahlı qruplaşmasının partlayışda əli olduğu ehtimal edilir.
Modern.az