Avstraliyalı ssenarist, prodüser və kinorejissor Corc Miller bu ilin mayında keçiriləcək 69-cu Kann kinofestivalının münsiflər heyətinə rəhbərlik edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 70 yaşlı kinrejissor daha çox 4 hissəli “Dəlisov Maks” kinoepopeyası ilə məşhurdur.11- 22 may tarixlərində keçiriləcək kinofestival artxaus filmlərlə yanaşı janr filmlərinə də yer ayıracağını göstərib.
Xatırladaq ki, Kann kinofestivalı 1946-cı ildən bəri Fransanın Aralıq dənizi sahilindəki eyniadlı kurort şəhərində keçirilir.
Vüqar İsmayılov