Dünyanın ən böyük neft-qaz şirkətlərindən sayılan BP (British Petroleum) şirkəti 2015-ci ili 6,482 milyard dollarlıq ziyanla başa vurub.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu, şirkət üçün son 20 ilin rekordudur.
Təkcə 2015-ci ilin 4-cü rübündə BP 3,307 milyard dollar maliyyə itkisi ilə üzləşib.
Ekspertlərin fikrincə, BP-nin maliyyə itkilərinin əsas səbəbi neftin ucuzlaşması ilə bağlıdır. 2015-ci ildə neftin orta qiyməti 98,95 dollardan 52,39 dollara düşüb. Hesab olunur ki, neftin hər 1 dollar ucuzlaşması BP-yə 300 milyon dollar ziyan vurur.
Məhz bu səbəbdən BP rəhbərliyi 2017-ci ilə qədər neft-qaz çıxatılması sektorundakı 4 min, neft emalı və hazır məhsul istehsalı sektorunda isə 3 min işçini ixtisara salmağı düşünür.
Belə olarsa, BP şirkəti 2,5 milyard dollar vəsaitə qənaət etmiş olacaq.
BP Azərbaycanda fəlaiyyət göstərən ən böyük xarici şirkət kimi tanınır.
Vüqar İsmayılov