Modern.az

Bağlanmış NBC Bank fəaliyyətini bərpa etdi

Bağlanmış NBC Bank fəaliyyətini bərpa etdi

İqtisadiyyat

2 Fevral 2016, 17:05


Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı ilə lisenziyası geri alınmış NBC Bank ASC-nin  fəaliyyəti bərpa olunub.

Modern.az saytı xəbər verir ki, bu barədə bankın “Feysbuk” səhifəsində bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə lisenziyanın geri çağırılması haqda əvvəl çıxarılmış qərar qüvvədən düşmüş hesab olunur və NBC Bank ASC-nin lisenziyası bərpa olunur.

“03.02.2016-cı il tarixindən NBC Bank ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaq”-deyə NBC Bank bəyan edib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama