Modern.az

“Yunanıstan Azərbaycan qazı alacağına ümid edir”

 “Yunanıstan Azərbaycan qazı alacağına ümid edir”

İqtisadiyyat

2 Fevral 2016, 22:28

 

“Yunanıstan Azərbaycan qazının yaxın iki-üç il ərzində Avropaya çatacağına inanır”. Modern.az saytı xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Nikos Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən brifinqdə bildirib.

Nazir qeyd edib ki, Yunanıstan Azərbaycan qazını almağı planlaşdırır və artıq infrastrukturla bağlı bütün məsələləri həll edib: "Yaxın illərdə Azərbaycan qazını alacağımıza ümid edirik".

N.Kotzias əlavə edib ki, Yunanıstan TAP layihəsindən istifadəni və Azərbaycan qazının Avropaya nəqlini özü üçün vacib hesab edir.

Qeyd edək ki, xarici işlər naziri N.Kotzias Azərbaycanda rəsmi səfərdədir.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama