İtaliyanın karabinerlərinin xüsusi təyinatlı qrupu Siciliya adasının Messina vilayətində əməliyyat keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 13 təhlükəli mafiozu həbs olunub. Yerli mətbuatın informasiyasına görə mafiozlar 1993-2012-ci illər ərzində 17 nəfəri, o cümlədən 1993-cü ilin yanvarında mafiya barədə araşdırma aparan jurnalist Cüzeppe Alfanonun öldürülməsində rol oynayıblar.
İtaliya karabinerləri “Koza Nostra”nın liderləri (red- Siciliya mafiyası) Cüzeppe Qulotti və onun sağ əli Françesko Pekoranı həbs edib.
Onlara məxsus 170 şirkət, 100 milyon avro pul və 6 malikanə də müsadirə olunub.
Vüqar İsmayılov