"Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə kompensasiya verilməsi prosesi 10 günə tamamlana bilər”.
Modern.az saytının verdiyi xəbərə görə, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
O, bildirib ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın sığortalanmış 378 əmanətçisinə 1,5 milyon manat ödəyəcək. A.Cavadovun sözlərinə görə 4 gün ərzində bu bankın əmanətçilərinə 9 milyon manatdan çox kompensasiya verilib.
Gülşən RAUFQIZI