Bloomberg agentliyi dünyanın bir çox tanınmış ekspertləri arasında neftin qiymətin ilə bağlı sorğu keçirib.
Modern.az agentliyə istinadən xəbər verir ki, rəyi soruşulan iqtisadçı-ekspertlərin əksəriyyəti 2016-cı ilin sonuna qədər “qara qızıl”ın 50% bahalaşacağını proqnozlaşdırıb.
Onların fikrincə, Brent markalı neft 2016-cıl ilin dekabrında 48 dollar, WTI markalı neft isə 46 dollar olacaq.
Goldman Sachs investisiya bankının analitikləri düşünür ki, 12 ilin ən ucuz neft qiymətləri bazarda xammalın bolluğu ilə bağlı idisə, yaxın aylarda Amerika neft hasilatıının azalması neftin qıtlığına və qiymətlərin bahalaşmasına səbəb olacaq.
Hazırda dünya bazarında neftin 1 bareli üzrə WTİ markalı neft 30,32 dollar, Brent markalı neft isə 33,18 dollardır.
Vüqar İsmayılov