Amerikaya məxsus pilotsuz uçuş aparatı Türkiyənin Adana ilindəki Yüregir şəhərində qəzaya düşüb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəzaya yerinə İncirlik hərbi bazasının mütəxəsisləri və türk polisi gəlib.Təyyarənin düşdüyü ərazidə kənd təsərrüfatı məhsullarının yetişdirildiyi üçün insident zamanı xəsarət alan olmayıb.
Vüqar İsmayılov