Modern.az

İŞİD liderinin qardaşı oğlu məhv edilib

 İŞİD liderinin qardaşı oğlu məhv edilib

3 Fevral 2016, 23:26

 

İŞİD liderinin qardaşı oğlu məhv edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, İraq ordusunun atəş zərbəsi nəticəsində Ənbar vilayətinin ərazisində İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin qardaşı oğlu məhv edilib.

"As-Sumariya" telekanalı Əl-Xalidiyə şəhərinin Ədliyyə şurasının rəhbərinə istinadla bildirir ki, İraq hərbi aviasiyası bu rayonda yerləşən "şəriət məhkəməsi"nin binasını darmadağın edib.

"Bombardman nəticəsində Əbu Əhməd əs-Samrayi — Əbubəkr əl-Bağdadinin qardaşı oğlu və onu müşayiət edən səkkiz nəfər terrorçu məhv edilib", - mənbə belə bildirib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu