Modern.az

”Dialoq masasını müxalifət tərk edib”

”Dialoq masasını müxalifət tərk edib”

4 Fevral 2016, 00:28

 

Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə Cenevrədə keçirilən danışıqların müvəqqəti olaraq dayandırılmasına müxalifət nümayəndələrinin mövqeyi səbəb olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya hökumətinin nümayəndə heyətinin rəhbəri, bu ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bildirib.

Cəfəri qeyd edib ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura danışıqların iflasa uğramasının qarşısı almaq üçün növbəti görüşü fevralın 25-dək təxirə salınıb.

"Müxalifət nümayəndələri dialoq masasını tərk etmək istəyib. Mistura da çıxış yolu kimi danışıqları təxirə salıb", - deyə hökumət nümayəndəsi qeyd edib. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu