Modern.az

NASA alimlərindən qorxunc proqnoz: “Yerə doğru 30 metrlik asteroid gəlir”

NASA alimlərindən qorxunc proqnoz: “Yerə doğru 30 metrlik asteroid gəlir”

4 Fevral 2016, 10:14

NASA alimləri narahatedici proqnozla çıxış ediblər.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, NASA-nın reaktiv hərəkətlər laboratoriyası planetimizin üzərinə diametri 30 metr olan asteroidin hərəkət etdiyini bildirib.

Onların fikrincə, əgər asteroid Yer atmosferinə daxil olarsa, bir müddət əvvəl Rusiyanın Çelyabinsk vilayətində düşən meteoritdən iki dəfə güclü partlayış törədəcək.

2013 TX68 adı verilən asteroid Yerdən 17 min kilometr məsafədə yerləşir. Onun 2016-cı il martın 5-də Yerlə toqquşma ehtimalının 1% olduğu deyilir.

Bundan əvvəl, 2013-cü il fevralın 15-də Rusiyanın Çelyabinsk vilayətində düşən meteorit 6,5 min kvadrat kilometr ərazidə müşahidə olunmuşdu.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu