Modern.az

“Gəncəbank” 378 əmanətçiyə 1,5 milyon manat kompensasiya ödəyəcək

“Gəncəbank” 378 əmanətçiyə 1,5 milyon manat kompensasiya ödəyəcək

İqtisadiyyat

4 Fevral 2016, 10:25

Mərkəzi Bankın 22 yanvar 2016-cı il tarixli, 05/5 saylı qərarı ilə “Gəncəbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 28 fevral 1994-cü il tarixli, 210 saylı lisenziya ləğv edilib. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş 28 yanvar 2016-cı il tarixli i məktuba əsasən, “Gəncəbank” ASC -nin öhdəliklərinin yerinə yetirilməsinə moratorim tətbiq edilib. Nəticədə “Əmanətlərin Sığortalanması haqqında” Qanununun 2.1.9 maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və  “Gəncəbank” ASC -nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilib.

Əmanətlərin Sığortalanması Fondundan Modern.az saytına verilən məlumata görə, 28 yanvar 2016-cı il tarixi “Gəncəbank” ASC -də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Fondun Himayəçilik Şurasının 2 fevral 2016-cı il tarixli qərarına əsasən, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilib.

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəyəcək agent bankların filiallarını müəyyən edib. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsində “Gəncəbank” ASC -nin Baş ofisi, Mərkəzi şöbə və Kəpəz filialı üzrə  “Rabitəbank” ASC-nin Gəncə filialı, Şəmkir filialı üzrə “Rabitəbank” ASC-nin Şəmkir filialı, Bakı şöbəsi üzrə “Unibank” ASC-nin MX bölməsi, Bərdə filialı  üzrə “Kapital Bank” ASC-nin Bərdə filialı iştirak edəcək.

Məlumat üçün bildiririk ki, “Gəncəbank” ASC-nin 378 qorunan əmanətçisinə 1,5 milyon manat ekvivalentində kompensasiya ödəniləcək.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 4 fevral 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin filiallarından, Agent Bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılacaq.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama