Modern.az

Məşhur heykəl auksionda 16,7 milyon dollara satıldı

Məşhur heykəl auksionda 16,7 milyon dollara satıldı

4 Fevral 2016, 11:59


Məşhur fransız heykəltaraşı Rodenin “İris- tanrıların elçisi” heykəli Sotheby`s auksionunda 16,7 milyon dollara satılıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl, heykəl tanınmış Hollivud ulduzu Silvestr Stallonenin kolleksiyasına daxil idi.

Aktyor 2007-ci ilin iyununda keçirilən auksionda heykəli 576 min dollara satmışdı.  

Sotheby`s auksionunda ümumi dəyəri 135 milyon dollar olan lotlar satılıb.

Onlar arasında ən bahalı lot Pablo Pikassonun “Qadının başı” əsəri olub. Bu rəsmə görə kolleksioner 27 milyon dollar ödəyib. Kold Monenin “Dojlar sarayı, San-Corco Majoredən görüntü” əsəri isə 16,7 milyona satılıb.    

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu