Modern.az

“Avtovağzal” və “Memar Əcəmi-2” metrostansiyalarının açılışına az qalıb

“Avtovağzal” və “Memar Əcəmi-2” metrostansiyalarının açılışına az qalıb

İqtisadiyyat

4 Fevral 2016, 12:45


“Bakı Metropoliteninin yeni “Bənövşəyi xətt”ində 7 vaqonlu qatarlar hərəkət edəcək. “Bənövşəyi xətt”in stansiyaları 7 vaqonlu qatarlar üçün nəzərdə tutulsa da, ilkin mərhələdə 5 vaqonlu qatarlardan istifadə ediləcək”.

Bu haqda Modern.az saytına məlumat verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə görə “Bənövşəyi xətt”in 12 stansiyası olacaq:

“Həmin xətt Avtovağzaldan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanacaq. Hazırda inşası tamamlanmaq üzrə olan “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyaları həmin xətdə yerləşir. “Bənövşəyi xətt”in “Yaşıl” və “Qırmızı xət”lə əlaqəsi yalnız keçid stansiyalar vasitəsilə mümkün olacaq. Məsələn, “Bənövşəyi xətt”in “Memar Əcəmi-2” stansiyasında sərnişinlər “Yaşıl xətt”in “Memar Əcəmi” stansiyasına keçə biləcəklər”.

N.Paşayev bildirib ki, bu il “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə veriləcək.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama