Modern.az

Yapon nəhəngi 140 ilin rekordunu vurdu

Yapon nəhəngi 140 ilin rekordunu vurdu

4 Fevral 2016, 17:06


Yaponiyanın Toshiba korporasiyası son 140 ilin ən böyük maliyyə itkilərinə uğrayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, maliyyə ilinin sonuna qədər (mart ayında) şirkətin itkiləri 6 milyard dollara çatacaq.  

Gəlirlər eyni səviyyədə qalsa da, Toshibanın xərcləri 750 milyon dollar artacaq.  

Toshiba vəsaitlərə qənaət məqsədilə kompüter istehsalı və tibb sahəsindəki biznesini satacaq.  Eyni zamanda atom enerjisi sahəsində və yaddaş kartları istehsalında payını artıracaq.  

Şirkət ötən ilin sonunda 7800 işçisi ilə yollarını ayırmalı olmuşdu.  

Toshiba 1938-ci ildə Tos və Hiba şirkətlərinin birləşməsi nəticəsində yaranıb.  

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu