Modern.az

Nazirdən şok İDDİA: “Prezidentin təyyarəsi havada partlamışdı”

Nazirdən şok İDDİA: “Prezidentin təyyarəsi havada partlamışdı”

Ölkə

4 Fevral 2016, 17:23

 

Polşanın müdafiə naziri Antoni Maçereviç 2010-cu ilin aprelində ölkə prezidenti Lex Kaçinskinin olduğu təyyarənin havada dağıldığını bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir TU-145M təyyarəsinin Smolensk vilayətindəki aerodroma çırpılmazdan qabaq, 15-18 metr hündürlükdə dağılmağa başladığını və bunun faktlarla sübut olunduğunu deyib.  

“Dövlət İstintaq Komitəsi təyyarənin bütün avadanlıqlarının uçuş başlandığı andan qəza anına qədər necə dəyişdiyini göstərən faktlara malikdir”.  

2010-cu il aprelin 10-da Lex Kaçinski və xanımının olduğu təyyarə anım tədbiri üçün Rusiyaya uçarkən Smolensk taxınlığında qəzaya düşmüşdü. Qəza zamanı Polşanın yüksək siyasi və rəhbərliyinin simaları daxil olmaqla, 96 nəfər həlak olmuşdu.

2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsinin dərc etdiyi yekun hesabatda TU-154M təyyarəsinin bütün avadanlıqlarının saz vəziyyətdə olduğu, faciənin pilotların əlverişsiz hava şəraitində təyyarəni aerodorma endirməsi bağlayıblar. Onların fikrincə, pilotlara yüksək rütbəli sərnişinlər təzyiq göstəriblər.  

Vüqar İsmayılov   


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi