"Azərbaycan və Nigeriyaya yardım lazım olarsa, Beynəlxalq Valyuta Fondu (BVF) qeyd-şərtsiz buna hazırdır”. Modern.az saytı “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristin Laqard bildirib.
Onun sözlərinə görə, hər iki ölkə neftin qiymətinin aşağı düşməsindən zərər çəkib, lakin Azərbaycan böhrandan çıxmaq üçün düzgün addımlar atır: "Azərbaycan düzgün fiskal yanaşma nümayiş etdirir, xərcləri azaldır və öz mövqeyini bərpa etmək üçün addımlar atır. Nigeriya hələlik lazımi islahatları həyata keçirə bilməyib”.
Modern.az