Səudiyyə Ərəbistanı Suriyada terora qarşı mübarizə aparmaq üçün bir neçə min xüsusi təyinatlı qoşun göndərə bilər.
Modern.az xəbər verir ki, “Guardian” qəzetinin iddiasına görə Ər-Riyad bu addımı Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirmək istəyir. Bunun üçün bir neçə həftə öncə iki dövlətin ortaq hərbi şurası yaradılıb.Bundan öncə, Səudiyyə Ərəbistanı müdafiə nazirinin müşaviri Əhməd Assari ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyini alacaqları halda Suriyada yerüstü əməliyyata hazır olduqlarını demişdi.
Penqaton rəhbəri Eşton Karter isə bu addımı alqışladığını bəyan edib.
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya Türkiyə və Səudiyyə Ərəbistanı ilə birlikdə 54 ölkə daxildir.
Vüqar İsmayılov