Modern.az

Dünyanın ən məşhur velisipedçilərindən biri ölü tapıldı

Dünyanın ən məşhur velisipedçilərindən biri ölü tapıldı

5 Fevral 2016, 13:00

Dünyanın ən məşhur velosiperçi-esktremallarından biri, velomotokross yarışlarının dəfələrlə qalibi olmuş Deyv Mirra ölü tapılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı idmançı Şimali Karolina ştatında öz avtomobilində tapılıb. Onun güllə yarasından öldüyü bildirilir.

Mirra X Games yarışlarında 14 qızıl medal qazanmışdı. 1993-cü ildə yolu keçərkən sərxoş sürücünün onu vurmasına rəğmən idmançı öz gücünü bərpa etmişdi və 1995-ci ildən 2008-ci ilə qədər daha müxtəlif əyarlı 18 medal qazanmışdı.


Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu