Modern.az

Provaslav və katolik kilsələrinin tarixi görüşü - 962 ildən sonra

Provaslav və katolik kilsələrinin tarixi görüşü - 962 ildən sonra

5 Fevral 2016, 16:40


Fevralın 12-də Rusiya Provaslav kiləsinin rəhbəri I Kiril və Roma Papası I Fransisk arasında tarixi görüş baş tutacaq.  

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş fevralın 12-də Kubada keçiriləcək.

Rusiya Provaslav kilsəsinin yaydığı məlumatda deylir ki, görüş Havana aeroportunda başlayacaq. Məlumata görə, görüş şəxsi danışıqlardan başlayacaq və sonradan iki kilsə arasında ortaq bəyannamənin imzlanması ilə davam edəcək.

İki din xadiminin həmçinin, Yaxın Şərqdə xristianların durumu və Ukraynadakı katolik kiləsinin statusu ilə bağlı fakir mübadiləsi aparması gözlənilir. 

Xatırladaq ki, 1054-cü ildə xristian kilsəsi katolik və provaslavlara ayrılıb.

Bu görüş isə 962 ildən sonra bir yenilik hesab oluna bilər.      

Vüqar İsmayılov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu