Modern.az

Slovakiya və Baltikyanı dövlətlərin deputatları niyə Azərbaycana qarşı çıxdılar?

Slovakiya və Baltikyanı dövlətlərin deputatları niyə Azərbaycana qarşı çıxdılar?

Təhsil

5 Fevral 2016, 16:41


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) britaniyalı parlamentari Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatın qəbul olunmamasına görə Azərbaycan nümayəndə heyətinə iradlar tutuldu.
AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda lehinə 66, əleyhinə 70 səsə olmaqla keçmədi.

Sənədin bu cür səs çoxluğu ilə Azərbaycanın əleyhinə qəbul olunmasında Slovakiya, Baltikyanı ölkələr az rol oynamadılar.

Hesabatın səsverməsində Azərbaycanla normal diplomatik münasibətlərdə olan Slovakiya, Baltikyanı ölkələrin deputatları nə üçün əleyhimizə durdular?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Modern. az-a açıqlamasında bildirib ki,  bizdən fərqli olaraq, ermənilər AŞPA  nümayəndələri ilə daha yaxşı əlaqələr qura biliblər:

“Ermənilər AŞPA-da parlamentarilərlə daha ciddi şəkildə ünsiyyət yarada biliblər. Slovakiyanın və digər Avropa ölkələrindən olan deputatların bizim əleyhimizə səs verməsində xristian faktoru da var. Yəni böyük xristian həmrəyliyinin də az təsiri olmayıb.

Ancaq bu o demək deyil ki, Azərbaycan həmin ölkələrlə münasibətlərinə yenidən baxmalıdır.

BMT-də səsvermə zamanı Rusiya, Fransa, ABŞ da bizim əleyhimizə səs vermişdi. İndi biz onlarla münasibətlərimizə də yenidən baxmalıyıq? Əlbəttə xeyr.
Biz bu gün hansısa dövlətlərlə münasibətlərimizə yenidən baxmaqdansa, əlaqələri daha sıx qurmalıyıq ki, gələcəkdəki qərarlara təsir edə bilək”.

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü  Fazil Mustafa isə hesab edir ki, Slovakiyanın və digər Avropa ölkələrinin əleyhimizə səs verməsində əsas səbəb səfirliklərimizin yaxşı işləməməsidir:

“Slovakiya parlamentindən olan nümayəndələrin və digər Baltikyanı ölkələrin deputatlarının bizimlə bağlı hesabatın əleyhinə səsverməsinin səbəbi odur ki, hələ də səfirliklərimiz yaxşı işləməmirlər.
Onlar yaxşı işləməli idilər. Bu yalnız deputatların işi deyil axı. 3 gün ərzində biz gedib AŞPA-da kimisə nəyəsə inandıra bilmərik.
Diasporalarımızı da tam günahlandırmaq olmazl, amma onlar daha yaxşı işləməlidirlər. Həmçinin AŞPA-dakıları öz məsələmizə inandırmaq bizim də borcumuzdur”.

Slovakiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Lyuboş Blaxa Facebook səhifəsində Ermənistan səfirindən təşəkkür məktubu aldığını bildirib.

Səfir məktubunda Lyuboş Blaxa ingilis deputat Robert Valterin “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılğın artması” adlı məruzəsinin qəbul olunmamasında slovak deputatların oynadığı rola görə təşəkkür edir.
Lyuboş Blaxa Ermənistan səfirinə təşəkkür edib və Türkiyə və Azərbaycan qarşı həmişə Ermənistanın yanında olacağını deyib.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza