Modern.az

İran neftin satışında dollardan imtina edir

İran neftin satışında dollardan imtina edir

6 Fevral 2016, 00:09

 

İran neftin satışında dollardan imtina etmək niyyətindədir. Modern.az saytı İran mediasına istinadən xəbər verir ki, bəzi şirkətlər ilə sövdələşmələr avroda aparılacaq.  

Agentliyin İran Milli neft şirkətindən olan sözçüsü bildirib ki, artıq Fransanın Total və Litasco, həmçinin İspaniyanın Cepsa şirkətləri ilə Avropa valyutasında müqavilələr imzalanıb.  

Mənbə qeyd edib ki, rəsmi Tehran dollardan asılılığı aşağı salmaq istəyir. İran avroya keçid barədə qərarı sanksiyalar altında olarkən qəbul edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu