Modern.az

Azərbaycanda “çernoçnı” qadınların sayı artacaq

Azərbaycanda “çernoçnı” qadınların sayı artacaq

9 Fevral 2016, 10:52

Ölkədə sosial vəziyyətin gərginləşməsi fonunda evsiz-eşiksiz insanların, övladlarını tənha böyütmək məcburiyyətində qalan qadınların aqibəti daha çox narahat edən məqamlardandır.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova təşkilat olaraq bu barədə gəldikləri qənaəti Modern.az saytı ilə bölüşüb. O qeyd edib ki, böhran davam etdikcə tendensiya da artan temp üzrə inkişaf edir:

“Son müşahidələr göstərir ki, zorakılığa məruz qalan, iqtisadi cəhətdən çətinlik çəkən qadınların öz uşaqlarını uşaq evlərinə verməsi tendensiyası artıb.

Məsələn, 100 nəfərdən 15 nəfəri öz uşağını sığınacağa vermək istəyir. Bu bizim təşkilat olaraq müşahidə etdiklərimizdir”. M.Zeynalova bildirib ki, bəziləri övladını qidalandırmaq iqtidarında belə olmasa da, fədakarlıq edib onu sığınacağa vermir:

“Bir çoxları da uşağın normal yaşamaq haqqının olmasını əsas gətirərək müəyyən dövr üçün onu uşaq evinə verir.

Ehtimal edirəm ki, vəziyyət qadınların məşğulluğu, onların daha çox ailə saxlaması, miqrasiyası məsələlərinin artımına səbəb olacaq.

Həmçinin 2017-ci il üçün böhran boşanmalara əks təsir edəcək. Əvvəlki illərdə yük qadınların üzərinə düşürdü. Yəni ev işləri ilə bərabər pul qazanmaq kimi...Yenə də həmin tendensiya özünü göstərəcək.

Qadınların miqrasiyası, əslində buna miqrasiya da demək olmaz. Ruslar buna “çernoçnı” deyirlər. Yəni səhər gedir yaxın ölkələrə, ailəsi üçün çalışıb, pul qazanırlar, axşam qayıdırlar.

Yaxud 1-2 aylıq xaricə gedirlər, sonra yenidən qayıdırlar. Bax Azərbaycanda belə qadınların sayının artacağı gözlənilir”.    

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza