Modern.az

Mosul uğrunda döyüş başlanır

Mosul uğrunda döyüş başlanır

9 Fevral 2016, 14:33


Yaxın vaxtlarda İraqın ən böyük ikinci şəhəri Mosul uğrunda qanlı döyüşlərin başlanacağı gözlənilir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusunun hərbi hissləri, kürd peşmərgə” qüvvələri və ölkənin şimalında yaşayan çoxsaylı xristian icması şəhəri İŞİD-in əlindən almaq üçün intensiv hərbi hazırlıq görür.

Artıq peşmərgələr Kərkük şəhəri yaxınlığında toplanaraq hücum əməliyyatının hazırlığına başlayıb.  

Onlara Nineviya vilayətində yaşayan 600 nəfərlik xristian batalyonu, amerikalı hərbi məsləhətçilər və yezidi kürdlərinin dəstələri qoşulub.  

Mosul uğrunda döyüşlərin fevralın sonlarında başlanacağı və böyük insan tələfatı ilə nəticələnəcəyi gözlənilir.  

Xatırladaq ki, İŞİD son aylarda ərazilərinin 30%-ni itirib.     

Vüqar İsmayılov    

 
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu