Modern.az

Dünya bazarlarında neft bahalaşdı

Dünya bazarlarında neft bahalaşdı

İqtisadiyyat

10 Fevral 2016, 16:30

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu İranın neft naziri Bican Zanqanın Səudiyyə Ərəbistanı ilə neftin qiymətlərini müzakirə etməyə hazır olduğunu deyib.

  Saat 14:00-a olan məlumatlara görə Nyu-York birjasında Brent marklalı neftin 1 bareli 1,52% bahalaşaraq 30,78 dollara, WTI markalı neft isə 1,66% dəyərə qazanaraq 28,41 dollara satılır.

İranın OPEK-lə ortaq neft strategiyası seçəcəyi ilə bağlı açıqlaması bazarlara müsbət təsir göstərsə də, ekspertlər dünya iqtisadiyyatının inkişaf  templərindən narahatdır.

Digər tərəfdən, əsas diqqət gecə saatlarında ABŞ Enerji Nazirliyin ölkədəki kommersiya nefti həcmi ilə bağlı açıqlayacağı statistikaya yönəlib.    

Vüqar İsmayılov   


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama