Modern.az

Keşiş və futbol məşqçisinin də daxil olduğu 11 nəfər pedofiliyada təqsirli bilinir

Keşiş və futbol məşqçisinin də daxil olduğu 11 nəfər pedofiliyada təqsirli bilinir

11 Fevral 2016, 17:10


İtaliya polisi aralarında keşişin və uşaq futbolu üzrə məşqçinin də daxil olduğu 11 nəfəri pedofiliya ittihamı ilə həbs edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbslər İtaliyanın şimalındakı Berqamo, Breşia, Milan, Montsa, Paviya və Parma şəhərlərində keçirilib.

İstintaqın məlumatına görə, bu şəxslər hədiyyə və kiçik pul müqabilində azyaşlı uşaqlarla avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və bəzi həbs olunanların evində cinsi əlaqəyə daxil olublar.

Azı 4 uşağın cinayət əməllərindən əziyyət çəkdiyi üzə çıxıb. İtaliya polisi 11 nəfərdən əlavə daha 10 nəfərin də pedofil dəstəsinə üzvlüyündən şübhələnir.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu