Modern.az

“Qazaxıstan Xalq Assambleyası ilə Azərbaycan arasında yeni əməkdaşlıq dövrü başlayır”

“Qazaxıstan Xalq Assambleyası ilə Azərbaycan arasında yeni əməkdaşlıq dövrü başlayır”

11 Fevral 2016, 21:58


Qazaxıstan Xalq  Assambleyasının saytında Assambleya katibliyinin rəhbəri Yeralı Tukjanovun Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla keçirdikləri görüş barəsində geniş məlumat yayılıb.

Modern.az xəbər verir ki, görüş çərçivəsində Azərbaycanın səfiri  türk xalqlarının ümumi tarixi köklərinin və iki ölkənin mehriban münasibətləri olduğunu qeyd edib. Diplomat öz növbəsində qazax xalqına və onun liderinə  ölkədə yaşayan azərbaycanlılar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. O eyni zamanda əlavə edib ki,  azərbaycanlılar bu ölkədə Qazaxıstanın tam hüquqlu vətəndaşı olaraq  sülhün və həmrəyliyin möhkəmlənməində qardaş Qazaxıstana hər zaman dəstək olublar.

Qazaxıstan Xalq Assambleyasının sədri  Yeralı Tukjanov  Qazaxıstana yeni təyin olunmuş səfiri Assambleyanın azərbaycanlı nümayəndələri ilə tanış edərək, qurumun mexanizm və tərkibi haqqında, eyni zamanda təşkilatın ümumxalq institutu kimi cəmiyyətin möhkəmlənməsindəki rolundan danışıb. Və Assambleyanın beynəlxqalq aləmdəki geniş fəaliyyətindən və dünya birliyinin quruma olan marağı haqqında  məlumat verib. Yeralı Tukjanov Qazaxıstan tərəfin Azərbaycanda öz modellərini təqdim etməyə maraqlı olduğunu söyləyib. O, həm də qeyd edib ki, bu gündən sonra Qazaxıstan Xalq Assambleyası ilə Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq dövrü başlayır.

Azərbaycan səfiri Rəşad Məmmədov öz növbəsində Qazaxıstanın Xalq Assambleyası modelinin Azərbaycanda təqdimatını keçirmək və iki ölkə arasında əməkdaşlığın hər sahədə genişləndirilməsi üçün səmərəli fəaliyyət göstərəcəyini bildirib.

Tərəflər arasında  gələcəkdə ikitərəfli əməkdaşlığın detalları müzakirə olunub. Və qeyd olunub ki, Qazaxıstan və Azərbaycan dünyada sülh və həmrəyliyin, tolerantlığın carçılarıdır.

Təyinatından sonra rəsmi səviyyədə ilk görüşünü keçirən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, qardaş və dost ölkədə işləmək ikiqat sevincdir.



Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu