Rusiyalı telefon xuliqanları (prankerlər) Vladimir Kuznetsov və Aleksey Stolyarov telefon vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı aldadıblar.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, daha çox “Vovan” və “Leksus” adları ilə tanınan rus prankerləri Ərdoğana zəng vuraraq özlərini Ukrayna baş naziri Arseni Yatsenyuk və prezident Pyotr Poroşenko kimi təqdim ediblər.
İddia olunur ki, telefon xuliqanlarının hiyləsinə aldanan Ərdoğan Poroşenkonu “dəyərli dostum” adlandırıb. “Ukrayna tərəfi” Ərdoğana Rusiya sanksiyalarından əziyyət çəkdikləri üçün birgə fəlaiyyət planı cızmağı təklif edir.
“Böyük məmnuniyyətlə. Bu mövzuda heç bir şübhəniz olmasın”-deyə Ərdoğan telefonda deyir.
Prankerlər Ərdoğanla danışıqların bir hissəsini internetə yükləyiblər. Onların prezidentlə danışqlarının tam mətnini bu gün yerləşdirəcəklər.
“Vovan” və “Leksus” bundan əvvəl digər məşhurlarla - Elton Con, Mixail Saakaşvili, Vitali Klçiko, Arsen Avakovu da telefon zəngləri vasitəsilə aldatmışdı.